Çin Ukrayna böhranının sülh yolu ilə həllinə yönələn bütün səyləri dəstəkləyir
Dünya
12.08.2025 14:58
Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Tzyan bildirib ki, Çin Ukrayna böhranının sülh yolu ilə həllinə yönələn bütün səyləri dəstəkləyir.
TodayPress TV xəbər verir ki, bu barədə "Sinxua" məlumat yayıb.
O, Rusiyanın və ABŞ-nin Alyaskada keçiriləcək liderlər görüşünü şərh edərkən deyib: "Çin böhranın sülh yolu ilə həllinə xidmət edən bütün səyləri dəstəkləyir. Biz Rusiya ilə ABŞ arasında əlaqələrin qorunmasını, münasibətlərin yaxşılaşmasını və Ukrayna böhranının siyasi həll prosesinin irəliləməsini məmnunluqla qeyd edirik".
Rəsmi nümayəndə həmçinin ümid edir ki, bütün maraqlı tərəflər müzakirə prosesinə qoşularaq uzunmüddətli və icra ediləcək sülh sazişinə nail olacaqlar.
"Biz gözləyirik ki, bütün maraqlı tərəflər münasib zamandə sülh müzakirələrinə qoşulacaq", - deyə o bildirib.
Qiymət Mahir
tag: Çin,Ukrayna,Böhran,Sülh,Todaypress.tv,