Trampa 500 məhkəmə iddiası qaldırıldı
Dünya
21.07.2025 11:46
Donald Tramp prezidentliyə qayıtdıqdan sonra ABŞ məhkəmələri onun iştirak etdiyi işlərin 75%-də rəqiblərinin xeyrinə qərar verib.
TodayPress TV xəbər verir ki, bu barədə "The Washington Times" yazır.
Qəzetin məlumatına görə, Trampın hakimiyyətdə olduğu 6 ayda onun siyasətlərinə qarşı 500-dən çox məhkəmə iddiası qaldırılıb. Bu da hər iş günü orta hesabla 4 iddia deməkdir.
Ən çox uduzulmuş işlərdən biri administrasiyanın əcnəbi tələbələrin sənədlərindəki pozuntulara görə deportasiya cəhdləri ilə bağlı olub. Bu kateqoriyaya daxil olan işlərin 90%-i Trampın komandası üçün məğlubiyyətlə nəticələnib.
Məqalədə bildirilir ki, Trampın əleyhinə qərar verən hakimlərin əksəriyyəti keçmiş prezidentlər Barak Obama və Cozef Bayden tərəfindən təyin olunublar.
Türkan İsgəndərli
tag: ABŞ,Tramp,Məhkəmə,Obama,Todaypress.tv,