“ChatGPT”nin yalan iddiaları “AI psixozu”na səbəb ola bilər

Dünya

08.08.2025 19:30

ChatGPT ilə uzunmüddətli ünsiyyət istifadəçilərdə gözlənilməz psixoloji problemlər yarada bilər. 

TodayPress TV xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb. 

Nyu-Yorkda aparılan araşdırmaya görə, “ChatGPT”  söhbət botu ilə yazışmalar zamanı bəzi istifadəçilər onun yalan və əsassız iddialarından təsirlənərək “AI psixozu” adlanan psixoloji vəziyyətə düşürlər.  

Məsələn, Oklahomadan olan bir istifadəçi özünü yanacaqdoldurma məntəqəsinin işçisi kimi təqdim edərək “tamamilə yeni fizika modeli” icad etdiyini bildirib. Daha sonra psixoloji vəziyyətinin pozulduğunu düşünərək yazışmanı dayandırıb. Başqa bir istifadəçi söhbət botunun “yerdən kənar varlıqlarla təmasda olduğunu” iddia etdiyini qeyd edib. 

Həkimlər bu istifadəçiləri “AI psixozu” adlandırıblar. 

Aysel Mətləb

tag: ChatGPT,Aİ psixozu,Yalan,İddia,Todaypress.tv,