Medvedev: "Şimali Koreyanın dəstəyi Rusiya üçün vacibdir"

Dünya

11.10.2025 11:00

Rusiya KXDR-in Ukraynaya dəstəyini önəmli sayır.

TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Pxenyanda Koreya Fəhlə Partiyasının 80 illiyinə həsr olunmuş hərbi paradda iştirak edərək bildirib:

"Şimali Koreya tərəfindən Ukraynada xüsusi əməliyyata dəstək verilməsi Rusiya üçün son dərəcə vacibdir".

Medvedev tədbirdə digər xarici nümayəndə heyətləri ilə birlikdə Kim Çen Inın yanında tribunada yer alıb.

Bundan əvvəl Rusiya müdafiə naziri Andrey Belousov qeyd etmişdi ki, Şimali Koreya əsgərlərinin Kursk vilayətində Ukrayna Silahlı Qüvvələrindən azadetmə əməliyyatında iştirakı dövlətlər arasında strateji müttəfiqliyin təsdiqidir.

Jalə Rövşən

TodayPress TV


tag: Dmitri Medvedev,Pxenyan,Şimali Koreya,Ukrayna,Todaypress.tv,