Azərbaycan və Türkiyə liderlərinin görüşündə nələr müzakirə olunacaq? – AÇIQLANDI
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 28-də Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Bakıya rəsmi səfər edəcək.
TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun "X" sosial şəbəkəsində məlumat verib.
Səfər çərçivəsində Prezident Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyev arasında görüş keçiriləcək. Görüş zamanı iki ölkə arasındakı münasibətlər, həmçinin regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
Həmçinin Pakistanın Baş naziri Şahbaz Şərifin iştirakı ilə “Türkiyə-Azərbaycan-Pakistan Üçtərəfli Zirvə Toplantısı”nın ikinci sessiyasının da keçirilməsi planlaşdırılır.
Bundan əlavə, Prezident Ərdoğan Laçın Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak edəcək və Azərbaycan Müstəqillik Günü münasibətilə təşkil olunacaq tədbirə qatılacaq.
Töhfə Səməd
tag: Türkiyə ,Rəcəb Tayyib Ərdoğan,İlham Əliyev,Azərbaycan,todaypress.tv,