“Tramp tağı” və bilyard zalı layihəsi qalmaqal yaratdı

Dünya

29.10.2025 18:45

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə bilyard zalı və “Tramp tağı”nın tikintisi ilə bağlı layihəni yoxlayan bütün mütəxəssisləri vəzifədən azad edib.

TodayPress TV xəbər verir ki, “The Guardian”ın məlumatına görə, prezidentin qərarı ilə İncəsənət üzrə Müstəqil Komissiyanın altı üzvü birdən-birə işdən çıxarılıb.

Yeni üzvlərin “Amerika hər şeydən öncə” siyasətinə daha uyğun şəxslər olacağı bildirilir.

Həmin komissiya Vaşinqtonda dövlət binalarının bərpası və yeni memarlıq layihələrinin şəhərin tarixi görünüşünə uyğunluğunu qiymətləndirirdi.

“The Wall Street Journal” daha əvvəl yazmışdı ki, Donald Tramp şəxsən Ağ Evdə 250 milyon dollarlıq bilyard zalının tikintisi planında iştirak edir. Layihə ətraf mühit fəalları və müxalif siyasətçilər tərəfindən kəskin tənqid olunur: tənqidçilər hesab edirlər ki, bu təşəbbüs şəffaf deyil və ABŞ-nin tarixi irsinə zərər vura bilər.

Bununla belə, Ağ Ev 1966-cı il milli tarixi irsin qorunması haqqında qanunun tələblərinə tabe deyil. Tramp isə ittihamları rədd edib.

Qiymət Mahir

TodayPress TV

tag: ABŞ ,Vaşinqton,Ağ Ev,Donald Tramp,Todaypress.tv,