Vadeful: “Almaniya kansleri Trampın qərarına təsir edib”
Dünya
20.07.2025 21:45
ABŞ prezidenti Donald Trampın Ukraynaya hərbi yardımı davam etdirmək qərarında Almaniya kansleri Fridrix Mertsin həlledici rolu olub.
TodayPress TV xəbər verir ki, bu barədə Almaniya xarici işlər naziri İohan Vadeful “Bild”ə müsahibəsində bildirib.
Vadefulun sözlərinə görə, Trampın qərarı Mersin təşəbbüsü ilə birbaşa əlaqəlidir:
"Bu, böyük ölçüdə kanslerin təşəbbüsünün nəticəsidir. Merts əvvəldən Ukraynaya dəstəyini açıq şəkildə ifadə edib”.
Nazir əlavə edib ki, Merts bu məsələni həm G7 sammitində, həm də Ağ Evdəki görüşlərdə şəxsən qaldırıb və ABŞ-nin bu mərhələdə xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
“Sevindiricidir ki, kansler ABŞ prezidenti ilə konstruktiv əlaqə qurub və Almaniyanın səsinə Vaşinqtonda yenidən dəyər verilir”, – deyə Vadeful qeyd edib.
Qiymət Mahir
tag: ABŞ,Donald Tramp,Vadeful,Almaniya,Todaypress.tv,