Tramp İranda yerüstü əməliyyatın mümkünlüyü barədə danışmaq istəmədi
Dünya
21.06.2025 08:45
ABŞ prezidenti Donald Tramp ölkənin quru qoşunlarının İranda istifadəsi imkanlarını belə müzakirə etmək istəmədiyini bildirib.
TodayPress TV xəbər verir ki, o, bu barədə Nyu-Cersidə jurnalistlərə açıqlamasında danışıb.
“Mən quru qoşunları haqqında danışmayacağam. Quru qoşunları istifadə etmək istədiyimiz son şeydir”, - Amerika lideri vurğulayıb.
Tramp danışıqların davam etdiyi bir vaxtda şəraitdən asılı olaraq İsrail və İran arasında atəşkəsə dəstək verə biləcəyini təklif edib.
ABŞ prezidenti İran ətrafında yaranmış hazırkı vəziyyətdə Avropanın kömək edə biləcəyinə şübhə ilə yanaşaraq Tehranın Brüssellə deyil, Vaşinqtonla danışıqlar aparmaq istədiyini bildirib. Ağ Evin sahibi Böyük Britaniya, Almaniya, Fransa və İran rəsmiləri arasında Cenevrədə aparılan danışıqlar barədə deyib:
“İran Avropa ilə danışmaq istəmir. Onlar bizimlə danışmaq istəyir. Avropa bu işdə kömək edə bilməyəcək”.
tag: ABŞ, Tramp, Prezident, İsrail, todaypress.tv,