Tramp Hindistanı hədəfə aldı: “Müharibəni maliyyələşdirirlər”
Dünya
04.08.2025 09:35
ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Hindistan Rusiyadan neft alaraq Ukraynadakı müharibənin maliyyələşməsinə töhfə verir.
TodayPress TV xəbər verir ki, bu barədə “Fox Business” telekanalına açıqlamasında Ağ Evin aparat rəhbərinin müavini Stiven Miller məlumat verib.
Millerin sözlərinə görə, Tramp bu mövqeyini açıq şəkildə ifadə edib:
“O, vurğuladı ki, Hindistanın Rusiya nefti almaqla bu müharibəni maliyyələşdirməsi qəbuledilməzdir”.
ABŞ lideri Ukrayna münaqişəsinin həlli üçün diplomatik və maliyyə vasitələrini əhatə edən geniş alətlər paketi üzərində düşünür. Trampın tələbi isə Hindistan üçün ciddi iqtisadi risklər yaradır.
“Bloomberg”in yaydığı məlumata əsasən, Hindistanın istehlak etdiyi xam neftin 35-40 faizi Rusiya mənşəlidir. Aşağı qiymətli Rusiya nefti ölkəyə enerji idxal xərclərini azaltmağa, yanacaq qiymətlərini nəzarətdə saxlamağa və inflyasiyanın qarşısını almağa imkan verir. ABŞ-nin təzyiqləri fonunda bu ticarət əlaqələrini dayandırmaq Hindistan üçün milyardlarla dollar zərər deməkdir.
Qiymət Mahir
tag: ABŞ,Ukrayna,Rusiya,Donald Tramp,Todaypress.tv,