Tramp Çinlə ədalətli ticarət sövdələşməsinə ümid edir

Dünya

21.10.2025 01:44

ABŞ Prezidenti Donald Tramp Koreya Respublikasında keçiriləcək Asiya–Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində Çin sədri Si Cinpin ilə ədalətli ticarət razılaşması əldə olunacağına ümid etdiyini bildirib.

TodayPress TV xəbər verir ki, Tramp bu fikirləri Ağ Evdə Avstraliyanın Baş naziri Entoni Albaneze ilə görüşü ərəfəsində jurnalistlərə açıqlamasında səsləndirib.

ABŞ lideri qeyd edib ki, Vaşinqton bundan əvvəl Avropa İttifaqı və Yaponiya ilə əlverişli ticarət sazişləri üzrə danışıqlar aparıb.

“Sədr Si Cinpinlə görüşəcəyim Cənubi Koreya ilə də çox ədalətli razılaşma əldə etdik. İndi isə gözləyirəm ki, sədr Si Cinpinlə də ədalətli ticarət razılaşması əldə edəcəyik,” – deyə Tramp vurğulayıb.

Aynur TAC

TodayPress TV

tag: ABŞ, Tramp, APEC, Si Cinpin, Çin, todaypress.tv,