Trampın kriptovalyuta gəlirlərinə qarşı qanun təklif edildi

Dünya

24.06.2025 14:35

ABŞ prezidenti Donald Tramp və onun ailə üzvləri kriptovalyutadan maddi qazanc əldə etməməlidirlər.

TodayPress TV "Lenta.ru"ya istinadən xəbər verir ki, bu bəyanatla Demokrat Partiyasından senator Adam Şiff çıxış edib.

Senator bu barədə fikirlərini "COIN Act" (Curbing Officials’ Income and Nondisclosure – “Vəzifəli şəxslərin gəlir və açıqlamalarının məhdudlaşdırılması haqqında qanun”) adlı qanun layihəsində ətraflı şəkildə izah edib. Sənədə əsasən, prezident, vitse-prezident, konqres üzvləri və onların ailə üzvlərinə kriptoaktivlərin buraxılması, tanıdılması və sponsorluğu qadağan ediləcək.

Qanun layihəsi bu fəaliyyətlərə seçkidən əvvəlki 180 gün və vəzifədən getdikdən sonrakı iki il ərzində məhdudiyyət qoymağı nəzərdə tutur. 

“Prezidentin maliyyə əlaqələri üzərində daha ciddi nəzarət vacibdir ki, heç kim bu cür sxemlərdən şəxsi mənfəət əldə etməsin”, - deyə Şiff  bildirib.

Qiymət Mahir

tag: Donald Tramp,ABŞ,Kriptovalyuta, Adam Şiff,Todaypress.tv,