Ərdoğan Ukraynaya səfər edəcək

Dünya

04.08.2025 11:58

Ukrayna Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəyə səfərinə hazırlaşır. Onun sözlərinə görə, hazırda bu səfərin təşkili üzərində fəal iş aparılır.

TodayPress TV xəbər verir ki, bu barədə Ukraynanın Türkiyədəki səfiri Nəriman Cəlal bildirib.

Səfir qeyd edib ki, Ukrayna Prezidenti Volodimir Zelenski Ərdoğana şəxsi dəvət göndərib və Türkiyə lideri də bu dəvəti qəbul etdiyini təsdiqləyib. Lakin səfərin reallaşması üçün bir sıra çətinliklər var və bu, ciddi hazırlıq tələb edir.

Ərdoğanın səfəri zamanı əsas mövzulardan biri Ukrayna və Türkiyə arasında azad ticarət sazişinin ratifikasiyası ola bilər. Bu sənəd həm iki ölkə arasındakı strateji tərəfdaşlığı gücləndirmək, həm də Ukrayna biznesi üçün yeni imkanlar yaratmaq baxımından vacib hesab olunur.

Səfir Cəlal qeyd edib ki, saziş bəzi sahələrdə rəqabəti artırsa da, ümumilikdə bu, siyasi və müsbət addım olacaq. Prezident Zelenski bu sazişin Ərdoğanın səfəri zamanı ratifikasiya olunmasını təklif edib.

Türkan İsgəndərli

tag: Ərdoğan,Ukrayna,Səfər,Türkiyə,Todaypress.tv,