Tramp Çinə tətbiq olunan tarifləri uzatdı
Dünya
12.08.2025 09:45
ABŞ prezidenti Donald Tramp Çin mallarına tətbiq edilən artırılmış gömrük rüsumlarının qüvvəyə minməsinin 90 gün daha təxirə salınmasını nəzərdə tutan fərman imzalayıb.
TodayPress TV xəbər verir ki, bu barədə Ağ Evin açıqlamasında bildirilib.
Məlumata görə, fərman ABŞ və Çinin may ayında qarşılıqlı şəkildə artırılmış tarifləri azaltmaq barədə verdiyi qərarda müəyyən edilən 90 günlük müddətin başa çatmasına saatlar qalmış qəbul edilib.
Açıqlamada bildirilib ki, bu addım ABŞ ilə Çin arasında ticarət balansını bərpa etmək, ədalətsiz ticarət qaydalarına son qoymaq və Amerika ixracatına bazar çıxışını genişləndirmək məqsədi daşıyır. Həmçinin, milli təhlükəsizlik və iqtisadi məsələlərdə əməkdaşlığı gücləndirmək üçün aparılan danışıqları asanlaşdırmaq niyyəti vurğulanıb.
Fərmana əsasən, Çindən idxal olunan mallara tətbiq edilən artırılmış gömrük rüsumlarının dayandırılma müddəti 10 noyabra qədər uzadılıb.
Aysel Mətləb
tag: ABŞ,Çin,Tarif,Rüsum,Todaypress.tv,