Tramp bitirdiyi münaqişələrin sayını açıqladı
Dünya
13.10.2025 12:05
ABŞ Prezidenti Donald Tramp İsrail və radikal Fələstin HƏMAS hərəkatı arasında baş verən münaqişənin bitdiyini açıqlayıb.
TodayPressTV xarici KİV-ə istinadən xəbər verir ki, Tramp bunun onun həll etdiyi səkkizinci müharibə olduğunu və sülhün təmin olunması üçün şəxsi səylər göstərdiyini bildirib.
O vurğulayıb ki, müharibələri necə bitirəcəyini və sülhü necə təmin edəcəyini bilir, bunu insanların həyatını xilas etmək məqsədilə edir, Nobel mükafatı naminə deyil.
Tramp, həmçinin Pakistan və Əfqanıstan arasında davam edən silahlı qarşıdurmaya görə Yaxın Şərqdə fəaliyyət göstərməyə hazır olduğunu qeyd edib.
Qeyd edək ki, İsrail və HƏMAS arasında oktyabrın 10-da qüvvəyə minən atəşkəs razılaşması ABŞ Prezidentinin münaqişəni həll etmək səylərinin nəticəsi kimi qiymətləndirilir.
Jalə Rövşən
tag: Donald Tramp, İsrail ,Fələstin HƏMAS hərəkatı,Sülh,Todaypress.tv,
