Zelenski: "Rusiya doğum xəstəxanası vurdu"

Dünya

11.07.2025 17:44

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın bu gün ölkəsinə 79 ədəd pilotsuz uçuş aparatı (PUA) ilə hücum etdiyini bildirib.

TodayPress TV xəbər verir ki, o, bu barədə "Telegram" hesabında paylaşım edib.

Zelenskinin sözlərinə görə, Harkiv şəhərinə edilən hücum nəticəsində 9 nəfər yaralanıb, o cümlədən bir doğum xəstəxanası da hədəfə alınıb. Yaralılar arasında doğum edən qadınlar və əməliyyatdan çıxan xəstələr də var.

Prezident əlavə edib ki, Rusiya ordusu Odessa, Sumi, Mikolayiv və Dnipropetrovsk vilayətlərinə də raket və hava bombaları ilə hücumlar təşkil edib.

Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə, ümumilikdə hücum zamanı göndərilən 79 PUA-dan 44-ü hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub və ya təsirsiz hala gətirilib.

Türkan İsgəndərli

tag: Ukrayna,Zelenski,Pua,Rusiya,Todaypress.tv,