Tramp Amerikanın iki telekanalını hədələdi
Dünya
25.08.2025 09:50
ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında "ABC" və "NBC" telekanallarını milyonlarla dollar ödəmədikləri halda lisenziyadan məhrum etməklə hədələyib.
TodayPress TV xəbər verir ki, Tramp paylaşımında sözügedən kanalları “saxta məlumat yayan, qərəzli və dünyanın ən pis telekanalları” adlandırıb.
O vurğulayıb ki, bu qurumlar respublikaçılara və ya ümumilikdə mühafizəkarlara qarşı ədalətsiz məlumat siyasəti yürüdürlər:
“Onların lisenziyası ləğv edilməlidir, ən azı isə böyük məbləğ ödəməlidirlər”.
Xatırladaq ki, ötən ilin oktyabrında Tramp "CBS News" telekanalını da məhkəməyə vermişdi. O, rəqibi Kamala Harris ilə keçirilmiş müsahibənin efirə verilməsini saxta təəssürat yaratmaq və qarşıdan gələn prezident seçkilərinə müdaxilə cəhdi kimi qiymətləndirmişdi.
Qiymət Mahir
tag: ABŞ ,Donald Tramp,Kamala Harris,