Makron Rusiya təhlükəsinə qarşı silahlanmağa çağırdı

Dünya

25.06.2025 18:54

Fransa prezidenti Emmanuel Makron hesab edir ki, Şimali Atlantika Alyansına daxil olan Avropa ölkələri Rusiya təhlükəsi səbəbindən yenidən silahlanma xərclərini artırmalıdır.

TodayPress TV “TASS”a istinadən xəbər verir ki, Makron bu barədə NATO sammitindən sonra jurnalistlərə deyib.

"Biz hamımız yenidən silahlanırıq, çünki bu təhlükə bizim sərhədlərimizdədir. Biz Ukraynadakı müharibənin avropalıların əsas narahatlığı olaraq qalmasını istəyirik. Bu, uzunmüddətli yenidən silahlanmaya haqq qazandırır, çünki təhlükə qalacaq", - Makron deyib.

Fransa lideri vurğulayıb ki, Avropa müdafiəyə daha çox pul xərcləməli və öz təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır.

Qeyd edək ki, NATO-nun 2025-ci il sammiti Haaqada keçirilib.

Nicat Osman 


tag: Fransa,Makron,Rusiya,Silahlanma,Todaypress.tv,