Tramp ABŞ-nin ən böyük qalmaqalını açıqladı
Dünya
01.08.2025 18:01
ABŞ Prezidenti Donald Tramp bildirib ki, 2016-cı il prezident seçkilərinə Rusiyanın müdaxiləsi ilə bağlı saxta kəşfiyyat məlumatlarının hazırlanması Amerika tarixindəki ən böyük siyasi qalmaqaldır.
TodayPress TV xəbər verir ki, Tramp bu barədə "Truth Social" platformasında paylaşım edib:
“Bu, Amerikanın tarixində ən böyük qalmaqaldır. Bu saxtakarlıq tam sübuta yetirilib, bütün faktlar aydındır. Günahkarlar buna görə ağır məsuliyyət daşımalıdır”.
Onun bu bəyanatı xüsusi prokuror Con Daramın hesabatına əlavə olunan məxfi sənədlərin açıqlanmasından sonra səsləndirilib. Sənədlərdə göstərilir ki, 2016-cı ildə prezidentliyə namizəd olan Hillari Klinton Trampın nüfuzuna xələl gətirmək üçün onun Rusiya ilə guya əlaqələrinin qabardılması planını şəxsən təsdiqləyib.
Qiymət Mahir
tag: ABŞ,Donald Tramp,Amerika,Hillari Klinton,Todaypress.tv,