İslandiyada vulkan püskürməsi baş verdi

Dünya

16.07.2025 09:40

İslandiyanın Meteorologiya İnstitutunun verdiyi məlumata görə, ölkənin cənub-qərbində yerləşən Reykjanes yarımadasında vulkan püskürməsi baş verib.

TodayPress TV xəbər verir ki, bu barədə "RUV" məlumat yayıb. 

Püskürmə yerli vaxtla səhər saat 4-ə yaxın Sundhnukur krater silsiləsində qeydə alınıb. Ərazidə gecə yarısından etibarən ardıcıl zəlzələlər müşahidə olunub.

Zəlzələlərin nəticəsində vulkandan magma axmağa başlayıb. Bölgədə yerləşən məşhur "Mavi Laqun" (Blue Lagoon) termal spa kompleksi və Grindavik düşərgəsi təxliyə olunub. Lakin püskürmənin regionun infrastrukturuna ciddi təhlükə yaratmayacağı gözlənilir.

Qeyd edək ki, həmin ərazidə sonuncu vulkan püskürməsi bu ilin aprelin 1-də baş vermişdi. "RUV" bildirirb ki, ərazidə seysmik aktivlik artıq 2023-cü ilin noyabrından etibarən müşahidə olunur.

Töhfə Səməd

tag: İslandiya,Meteorologiya ,Reykjanes ,Vulkan,Püskürmə,Todaypress.tv,