ABŞ sosial şəbəkələrdə məhdudiyyətlər tətbiq edir
Amerikanın onlayn platformaları Avropa İttifaqının (Aİ) tənzimləyici qanunlarından daha çox, öz daxili qaydalarına əsasən onlayn kontenti silir.
TodayPress TV xəbər verir ki, bu fikri Avropa Komissiyası sədrinin müavini, texnoloji suverenlik, təhlükəsizlik və demokratiya üzrə Avrokomissar Henna Virkkunen "Euractiv" portalına verdiyi müsahibədə səsləndirib.
“ABŞ-də platformalar tez-tez kontentlərlə bağlı sərt qaydalar tətbiq edirlər”, - deyə Virkkunen bildirib. Onun sözlərinə görə, 2023-cü ilin sentyabrından 2024-cü ilin aprel ayınadək silinən onlayn kontentlərin 99 faizi "X" və "Meta" şirkətinə məxsus sosial şəbəkələrdəki paylaşımlarla bağlı olub. Bu tədbirlər əsasən platformaların öz qaydalarına əsaslanaraq həyata keçirilib.
Aİ-də isə yalnız 1% kontent Rəqəmsal Xidmətlər Aktı (DSA) çərçivəsində zərərli paylaşımları izləyən təşkilatların sorğusu əsasında silinib. Virkkunen əlavə edib ki, bu yoxlamaların nəticəsində cəmi 0,001% hallarda kontentlərin silinməsi baş verib.
Avrokomissar vurğulayıb ki, ABŞ onlayn xidmətlərinin sahibləri Aİ qanunlarına əməl etməlidirlər, çünki bu platformaların çox vaxt Avropada istifadəçi sayı ABŞ-dəkindən daha çoxdur.
Töhfə Səməd
tag: Amerika,Avropa İttifaqı,Henna Virkkunen,Sosial şəbəkə,todaypress.tv,