Şimali Koreya sərhəddə səsgücləndiriciləri sökür
Dünya
09.08.2025 19:15
Koreya Xalq Demokratik Respublikası (KXDR) Cənubi Koreya ilə sərhəddə yerləşən səsgücləndiriciləri sökməyə başlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Seulun verdiyi məlumata görə, Şimali Koreya hərbçilərinin bəzi cəbhə bölgələrində səsgücləndiriciləri sökdüyü müşahidə olunub. Cənubi Koreya ordusu bu prosesin sərhədin digər hissələrində də aparılıb-aparılmadığını müəyyən etmək üçün əlavə təsdiq gözlədiklərini bildirib.
Qeyd edək ki, bu avadanlıq əvvəllər Şimali Koreya tərəfindən Cənubi Koreya ərazisinə yüksək səslə təbliğat materialları, musiqi və xəbər yaymaq üçün istifadə olunurdu.
Bu addım Koreya Respublikasının yeni prezidenti Li Çje Myunqun iyunun 11-də verdiyi göstərişə cavab olaraq qiymətləndirilir. Yeni prezident KXDR ilə dialoqun tərəfdarıdır.
Türkan İsgəndərli
tag: Cənubi Koreya,Şimali Koreya,Sülh,Li Çje Myonq,Todaypress.tv,