Şimali Koreya “Birləşmə Pavilyonu”nun adını dəyişdi
Şimali Koreya ilə Cənubi Koreya arasında demilitarizasiya zonasında yerləşən Pxanmuncom sərhəd məntəqəsindəki “Birləşmə Pavilyonu”nun lövhəsi dəyişdirilərək “Pxanmun zalı” adlandırılıb.
TodayPress TV xəbər verir ki, bu barədə Koreya Respublikasının Birləşmə Nazirliyi məlumat yayıb.
Nazirliyin verdiyi açıqlamaya görə, binanın əvvəlki lövhəsi hələ 2024-cü ilin yanvarında çıxarılıb və avqustda yerinə “Pxanmunqvan” yazılmış yeni lövhə yerləşdirilib.
“Biz bu addımı Pxenyanın birləşmə anlayışını silmək cəhdlərinin bir hissəsi kimi qiymətləndiririk. Bu, Şimali Koreyanın ötən ildən etibarən təşviq etdiyi düşmən mövqeli “iki dövlət” konsepsiyasına uyğundur” deyə Nazirliyin sözçüsü Ku Byon Sam məsələ ilə bağlı brifinqdə bildirib.
Qeyd edək ki, adı dəyişdirilən bina əvvəllər Seul və Pxenyan arasında danışıqların aparıldığı əsas məkanlardan biri olub.
Qiymət Mahir
tag: Şimali Koreya,“Birləşmə Pavilyonu,Cənubi Koreya ,Pxanmuncom ,todaypress.tv,