Silva: "BMT legitimliyini itirir"

Dünya

05.06.2025 18:30

Braziliya prezidenti Luiz İnasiu Lula da Silva BMT Təhlükəsizlik Şurasının (TŞ) təcili islahata ehtiyacı olduğunu bildirib.

TodayPress TV xəbər verir ki, Parisdə Fransa prezidenti Emmanuel Makronla keçirdiyi mətbuat konfransında çıxış edən Lula deyib ki, Ukrayna və Qəzza zolağındakı münaqişələr təşkilatın sülhü təmin etməkdə acizliyini nümayiş etdirir.

Bu fikirlərlə BMT-nin baş katibi Antonio Quterreş də əvvəllər razılaşaraq qeyd edib ki, əksər ölkələr qurumda islahatlara ehtiyac olduğunu qəbul edir. 

Qeyd edək ki, hazırda BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü (Rusiya, Çin, ABŞ, Fransa, Böyük Britaniya) və 10 qeyri-daimi üzvü var. Qeyri-daimi üzvlər rotasiya əsasında seçilir və veto hüququna malik deyillər. Mövcud qeyri-daimi üzvlərə Əlcəzair, Qayana, Yunanıstan, Danimarka, Pakistan, Panama, Cənubi Koreya, Sierra Leone, Sloveniya və Somali daxildir.

Türkan İsgəndərli

tag: BMT,Braziliya,Lula,Ukrayna,todaypress.tv,