Trampa etimadsızlıq: İran zərbələrinin effektivliyi şübhə altındadır
Dünya
25.06.2025 10:24
ABŞ-də demokratlar prezident Donald Trampın İranın nüvə obyektlərinə endirilmiş zərbələrin uğurlu olması ilə bağlı açıqlamalarına şübhə ilə yanaşır.
TodayPress TV xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.
Materialda Ağ Ev ilə Konqresdəki demokratlar arasında həm daxili, həm də xarici məsələlər üzrə ciddi etimad böhranı olduğu vurğulanır:
“Əgər Yaxın Şərqdə vəziyyət daha da pisləşərsə və Tramp Konqresdən iki partiyalı dəstək almağa məcbur qalarsa, bu etimadsızlığın ciddi nəticələri olacaq”, – deyə məqalədə bildirilir.
Mediada yayılan digər məlumatlara görə, Tramp və administrasiyasındakı yüksək rütbəli məmurlar ABŞ-nin İranın nüvə obyektlərinə endirdiyi zərbələrin miqyasını şişirdiblər. Ağ Ev isə bu iddiaları təkzib edərək, yayımlanan məlumatları qeyri-dəqiq adlandırıb.
Senator-demokrat Kris Van Hollen məsələ ilə bağlı narahatlığını belə ifadə edib:
“Məni ən çox narahat edən odur ki, Tramp kəşfiyyat məlumatlarını təhrif edir, manipulyasiya edir və bəzən yalan danışır. Biz bunu artıq yaşamışıq — İraq müharibəsi də yalan üzərindən başlamışdı".
Qiymət Mahir
tag: ABŞ,Tramp,İran,Zərbə,Todaypress.tv,