Sikorski: “Aİ ABŞ-nin Avropadan üz çevirməsinə hazır olmalıdır”
Dünya
23.05.2025 15:49
"Avropa İttifaqı ABŞ-nin nəinki Ukrayna, həm də bütövlükdə Avropa ilə marağını itirə biləcəyi ehtimalına hazır olmalıdır".
TodayPress TV xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski “Le Monde” qəzetində dərc olunmuş məqaləsində yazıb.
Nazirə görə, bir sıra amerikalı liderlər artıq açıq şəkildə bəyan edirlər ki, onlar Avropanın problemlərinə vaxt və resurs sərf etmək niyyətində deyillər, çünki bu məsələləri “yerli xarakterli” sayırlar.
“Bu vəziyyət Avropa İttifaqını ekzistensial seçim qarşısında qoyur: ya qlobal güclərlə eyni səhnədə yer almaq və dünya tarixində aktiv iştirak etmək, ya da özünü kənarda qalmağa məhkum etmək” deyə Sikorski qeyd edib.
Onun sözlərinə görə, Avropa artıq ilk yolu seçib və bu istiqamətdə əhəmiyyətli addımlar atıb, o cümlədən müdafiə xərclərini artırıb.
Qiymət Mahir
tag: Avropa İttifaqı,ABŞ,Avropa ,Polşa,Radoslav Sikorski,todaypress.tv,