Ərdoğan: "Rusiya və Ukraynanı barışdırmaq üçün bütün imkanlardan istifadə edəcək"

Dünya

29.05.2025 14:35

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara Moskva və Kiyevlə daimi əlaqə saxlayır və münaqişənin həlli üçün bütün diplomatik imkanlarından istifadə edəcək.

TodayPress TV "TASS"a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərə açıqlaması zamanı deyib.

"Biz sülh üçün səylərimizi davam etdiririk. Biz həm Rusiya, həm də Ukrayna ilə təmasdayıq. Biz hazırkı sürəti tərəflər arasında dialoq kontekstində daimi sülh üçün bir fürsət kimi görürük. Biz hər dəfə xatırladırıq ki, bu fürsəti əldən vermək olmaz. Gəlin bu fürsət pəncərəsini bağlamayaq. Bütün diplomatik gücümüzü və potensialımızı sülh üçün istifadə edəcəyik. Bu, həm regionumuzda, həm də ölkəmiz üçün böyük insan maraqlarıdır".

Töhfə Səməd


tag: Türkiyə ,Rəcəb Tayyib Ərdoğan ,Ankara ,Moskva ,Kiyev,todaypress.tv,