ABŞ orduda süni intellektdən istifadəni genişləndirir
Dünya
06.08.2025 10:54
ABŞ ordusu hava məkanının idarə olunmasını daha səmərəli həyata keçirmək üçün süni intellekt (AI) texnologiyalarına güvənməyi planlaşdırır.
TodayPress TV xəbər verir ki, bu barədə "Defence News" məlumat yayıb.
Sənəddə qeyd olunur ki, yeni texnologiyaların tətbiqi komandirlərin mürəkkəb hava əməliyyatları zamanı üzləşdiyi idrak yükünü azaltmağa və daha sürətli qərarlar qəbul etməyə kömək edəcək.
Xüsusilə dronların artan təhlükəsi, hava məkanının yüklənməsi və çoxsaylı məlumatların emalı kimi çağırışlara qarşı süni intellektin və maşın öyrənməsinin effektiv rol oynayacağı vurğulanır.
Ordu hazırda süni intellekt həlləri təqdim edə bilən şirkətlərin və bu texnologiyaların döyüş sistemlərinə inteqrasiyası üçün uzunmüddətli konsepsiyalar təklif edən tərəfdaşların fikirlərini toplayır.
Döyüş şəraitinə dair əsas diqqət mərkəzində olan məsələlər quru, hava və dənizdə eyni vaxtda qarşıdurmalar, düşmənin pilotsuz uçuş aparatlarından (PUA) geniş istifadə etməsi, çoxsaylı hava obyektlərinin yaratdığı tıxac və buna uyğun reaksiya zərurətidir.
Türkan İsgəndərli
tag: ABŞ,AI,Ordu,Hava,Todaypress.tv,