Si Cinpin ŞƏT iclasında bəyanatla çıxış etdi
Dünya
01.09.2025 11:56
Çin Xalq Respublikasının sədri Si Cinpin Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin dövlət başçılarının Şurasının 25-ci iclasında bəyanatla çıxış edib.
TodayPress TV xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyinin sözçüsü, Mətbuat, Kommunikasiya və İctimai Diplomatiya Departamentinin baş direktoru Mao Nin məlumat yayıb.
Bildirilib ki, ŞƏT “Şanxay ruhu” prinsipi ilə yaradılkıb. Bu prinsip qarşılıqlı etimad, fayda, bərabərlik, məsləhətləşmə, sivilizasiyaların müxtəlifliyinə hörmət və ümumi inkişafın təşviqini əhatə edir.
O xatırladıb ki, ilk olaraq məhz ŞƏT sərhəd bölgələrində hərbi etimad mexanizmi yaradaraq geniş sərhədləri dostluq, qarşılıqlı etimad və əməkdaşlıq körpüsünə çevirib.
Çin rəsmisinin açıqlamasında qeyd olunub ki, təşkilatın təşəbbüsü ilə “Bir Kəmər, Bir Yol” əməkdaşlığı başladılıb, çoxsaylı iri layihələr və əhalinin gündəlik ehtiyaclarını qarşılayan “kiçik, lakin faydalı” proqramlar uğurla həyata keçirilib. Həmçinin sənaye sərmayələri üzrə əməkdaşlıq irəlilədilib və bu da regionda inkişaf və rifaha güclü təkan verib.
Mao Nin əlavə edib ki, ilk dəfə uzunmüddətli mehriban qonşuluq, dostluq və əməkdaşlıq haqqında müqavilə bağlanıb, tərəflərin davamlı dostluq qurmaq və düşmənçilikdən çəkinmək öhdəliyi təsbit olunub.
Çin rəsmisi həmçinin vurğulayıb ki, qlobal idarəçilikdə geniş məsləhətləşmə, ortaq töhfə və ümumi fayda əsasında yanaşma təklif edilib ki, bu da həqiqi multilateralizmin təcəssümü kimi qiymətləndirilir.
Töhfə Səməd
tag: Çin ,Si Cinpin,Şanxay Əməkdaşlıq Təşkilatı,Şura,Todaypress.tv,