İran qoşunlarından xüsusi əməliyyat: Hücuma hazırlaşan şəbəkə aşkar edildi

İran qoşunlarından xüsusi əməliyyat: Hücuma hazırlaşan şəbəkə aşkar edildi
01.10.2026 19:36 Dünya

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunları hərbçiləri regionda hücum hazırlayan terror qruplaşmasına qarşı keçirilən əməliyyat barədə bəyanat yayıb.

TodayPress TV xəbər verir ki, bəyanatı "Mehr" agentliyi diqqətə çatdırıb.

Bildirilib ki, əməliyyat nəticəsində qruplaşmanın altı üzvü məhv edilib, o cümlədən partlayıcı qurğular aşkar edilərək götürülüb.

SEPAH Quru Qoşunlarının "Qüds" bazasının İctimaiyyətlə Əlaqələr İdarəsinin yaydığı məlumata görə, bölmə hazırlanan hücum barədə məlumat alıb və kəşfiyyat tədbirləri həyata keçirdikdən sonra qrupun yerləşdiyi məkanı müəyyən edib.

Aysel Mətləb

XƏBƏR LENTİ
01 OKTYABR 2026
Bütün Xəbərlər