Ermənistanda müqaviləli hərbçi vəfat etdi
Ermənistanda müqaviləli hərbi qulluqçu vəfat edib.
TodayPress TV xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
"İlkin məlumatlara görə, xidmətlə bağlı olmayan səbəbdən müqaviləli hərbi qulluqçunun qəfil ölüm halı qeydə alınıb. Müdafiə Nazirliyi uzun müddətdir qüvvədə olan qaydaya əsasən, bu cür hallar barədə məlumat vermir", - deyə nazirlikdən bildirilib.
Əlavə edilib ki, qeyd olunan hadisənin Sisian hərbi hissəsi ilə heç bir əlaqəsi yoxdur.
Aysel Mətləb