Serbiyanın yeni Baş naziri niyə ilk rəsmi səfərini Misirə etdi?
Dünya
27.06.2025 11:30
Serbiyanın yeni Baş naziri Curo Matsut ilk rəsmi xarici səfərini Misirə etməsinin səbəbini açıqlayıb.
TodayPress TV xəbər verir ki, "TASS"a verdiyi ilk beynəlxalq müsahibəsində o bildirib ki, bu addım Serbiya və Misirin ortaq diplomatik kursunun göstəricisidir.
“Bizim üçün Ərəb Respublikası Misirlə birlikdə Qoşulmama Hərəkatının təcəssüm etdirdiyi kursa sadiqliyimizi təsdiqləmək prinsipial əhəmiyyət daşıyır — xüsusilə də bu kurs bəşəriyyət, ədalət, bərabərlik və xalqlar arasında həmrəyliyi təcəssüm etdirdiyi üçün. Serbiya və Misir məhz bu prinsiplərə əsaslanan – müstəqil, suveren və yalnız öz vətəndaşlarının rifahına yönəlmiş – xarici siyasət yürüdürlər”, - deyə Matsut bildirib.
Baş nazir əlavə edib ki, Serbiya Misirin ölkəsinin ərazi bütövlüyü, suverenliyi, eləcə də Kosovo və Metoxiyada serb xalqının mədəni və dini irsinin qorunması məsələsində göstərdiyi mövqeyi yüksək qiymətləndirir.
“Bundan əlavə, ölkələrimiz arasında iqtisadi və ticarət əməkdaşlığının genişləndirilməsi üçün əhəmiyyətli potensial görürük”, - deyə Matsut vurğulayıb.
Töhfə Səməd
tag: Serbiya,Baş nazir,Curo Matsut,Misir,Səfər,Todaypress.tv,