Durov: “Fransa Rumıniya seçkilərinə təsir göstərmək istəyib”
Dünya
24.05.2025 14:54
“Telegram”ın qurucusu Pavel Durov Fransa rəsmilərinin Rumıniya seçkilərinə təsir etməyə cəhd etdiyini iddia edib.
TodayPress TV xəbər verir ki, Durov bu barədə “X” sosial şəbəkəsində paylaşım edərək bildirib ki, Fransa Xarici Kəşfiyyat İdarəsinin rəhbəri Nikola Lerner Rumıniyaya səsverməyə iki gün qalmış səfər edib.
Onun sözlərinə görə, Lerner bu səfər zamanı Rumıniyada “Telegram” üzərindən yayımlanan “mühafizəkar səslərin susdurulmasını” istəyib.
Durov vurğulayıb ki, Lernerin bu səfəri Avropa Parlamentinin fransalı deputatı Valeri Hayyerin Rumıniyada qərbyönlü namizədi Nikuşor Danı dəstəkləyən bəyanatından cəmi bir neçə gün sonraya təsadüf edib. Durova görə, bu hadisələr arasındakı zaman uyğunluğu təsadüfi deyil və siyasi müdaxilə şübhələrini gücləndirir.
Qiymət Mahir
tag: Durov,Fransa ,Rumıniya,Seçki,todaypress.tv,