Tbilisidə etirazçılar Rustaveli prospektini bağladılar

Dünya

05.10.2025 22:00

Tbilisidə Gürcüstan parlamenti yaxınlığında keçirilən etiraz aksiyası zamanı nümayişçilər Rustaveli prospektini bağlayıblar.

TodayPress TV xəbər verir ki, "RİA "nın məlumatına görə, oktyabrın 5-də müxalifət tərəfdarlarının çağırışı ilə minə yaxın insan parlament binası qarşısında toplaşıb. Etirazçılar Gürcüstan, Avropa İttifaqı və Ukrayna bayraqlarını dalğalandırıblar.

Etirazlar oktyabrın 4-də keçirilən yerli seçkilər fonunda baş verir. Seçkilərdə vətəndaşlar şəhər və bələdiyyə merlərini, həmçinin şəhər şuralarının üzvlərini seçiblər. Müxalifət “Gürcü Arzusu” partiyasının qalib gəldiyini elan etməsinə və Avrointeqrasiya öhdəliyini dayandırmaq qərarına etiraz edir.

Aksiya başlayandan bir saat sonra nümayişçilər Rustaveli prospektinə çıxaraq nəqliyyatın hərəkətini dayandırıblar. Hazırda polis aksiyaya müdaxilə etmir.

Qeyd edək ki, bundan əvvəl keçirilən etiraz aksiyasında polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib və bir neçə nəfər xəsarət alıb.

Hüquq-mühafizə orqanları prezident sarayına basqın edən 70 yaşlı opera müğənnisi Paata Burçuladze də daxil olmaqla, aksiyanın beş təşkilatçısını saxlayıb. Onlara hökuməti devirməyə cəhd ittihamı irəli sürülüb və 9 ilə qədər həbs cəzası verilə bilər.

Xatırladaq ki, etirazlardan əvvəl Tbilisidə “təxribat” məqsədilə istifadə olunması planlaşdırılan silah-sursat da ələ keçirilmişdi.

Jalə Rövşən

TodayPress TV

tag: Gürcüstan,Rustaveli prospekti,Etiraz aksiyası,Todaypress.tv,