Sənaye robotları Çində işçi çatışmazlığını kompensasiya edir

Dünya

06.10.2025 09:46

2024-cü ildə Çin zavodlarında təxminən 295 min sənaye robotu quraşdırılıb ki, bu da əhalinin azalması fonunda işçi qüvvəsinin çatışmazlığını kompensasiya etməyə imkan verir.

TodayPress TV xəbər verir ki, bu barədə “South China Morning Post” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Çində robot texnologiyalarının inkişafı işçi qüvvəsinin azalması ilə bağlı problemlərin həllində mühüm rol oynayır və istehsal imkanlarını gücləndirir. Bu imkanlar, xüsusilə insana bənzər robot texnologiyalarının inkişafı ilə birlikdə daha da artacaq.

Bildirilib ki, Çin əhalisi 2022-ci ildən bəri azalır, yalnız 2024-cü ildə əhali sayı 1,39 milyon nəfər azalıb. Bununla yanaşı, ölkədə istismarda olan sənaye robotlarının sayı rekord səviyyəyə çatıb.

Aysel Mətləb

TodayPress TV

tag: Çin,Robot,Sənaye,İşçi,Todaypress.tv,