Zaxarova Britaniyanı hərbi cinayətlərdə ittiham etdi
"Beynəlxalq qurumlar, xüsusən də BMT və Beynəlxalq Cinayət Məhkəməsi (ICC) Böyük Britaniyanın törətdiyi müharibə cinayətlərini nəzərə almalıdır".
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Telegram" kanalında bildirib.
"Onların Rusiyaya qarşı ittihamlarında tutarlı heç nə yoxdur. Amma həqiqətən də hərbi cinayətlərdən danışmaq istəyirlərsə, buyursunlar. Çünki mən danışmaq istəyirəm" deyə yazıb.
Britaniyalı jurnalistlərin araşdırmasına toxunan Zaxarova, Kral Hərbi Dəniz Qüvvələrinin Xüsusi Qüvvələrinin (SBS) və Xüsusi Hava Xidmətinin (SAS) Əfqanıstan və İraqda törətdiyi müharibə cinayətlərinə misal çəkib, lakin onun sözlərinə görə, London məsuliyyətdən yayınmaq üçün qəsdən sübutları gizlədir.
Töhfə Səməd
tag: BMT ,ICC,Britaniya,Rusiya,Mariya Zaxarova,todaypress.tv,