Sankt-Peterburqda yüzə yaxın miqrant polisə aparıldı

Dünya

29.09.2025 14:27

Sankt-Peterburqda tikinti obyektlərində keçirilən reyddən sonra yüzə yaxın miqrant polis bölmələrinə aparılıb.

TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, Regional Daxili İşlər Nazirliyinin məlumatına görə, reyd Krasnoselski və Petrodvortsovı rayonlarında aparılıb. Saxlanılan 98 nəfərin sənədləri onların ölkədə qalmasının və işlə təmin olunmasının qanuniliyini təsdiqləmədiyi üçün polisə gətirilib.

Araşdırmalar zamanı məlum olub ki, saxlanılan 98 nəfərdən 48-i qeyri-qanuni tikinti obyektlərində işləyir və başqa təşkilatlarda da fəaliyyət göstərir. Hazırda onların iş icazələrinin ləğvi məsələsinə baxılır.

Qeyd olunur ki, bu, Rusiyada qeyri-qanuni miqrantların müəyyən edilməsi üzrə sonuncu reyd deyil. Bundan əvvəl Moskva vilayətində futbolçuya hücumla bağlı araşdırmada 80-dən çox qeyri-qanuni immiqrant müəyyən edilib, Primorye polisi də qanunsuz əməkçi miqrantların aşkarlanması üçün reydlər keçirib.

Jalə Rövşən

TodayPress TV

tag: Rusiya,Miqrant,Reyd ,TodayPressTV,