Rustem Umerov ABŞ-yə səfir təyin olunmayacaq
Dünya
17.07.2025 12:05
Ukrayna Ali Radasının deputatı Yaroslav Jeleznyak bildirib ki, Ukraynanın müdafiə naziri səlahiyyətlərini icra edən Rustem Umerov ABŞ-yə səfir təyin olunmayacaq, çünki Vaşinqton onun namizədliyini təsdiqləməyib.
TodayPress TV xəbər verir ki, bu barədə məlumat deputatın "Telegram" kanalında paylaşılıb.
Jeleznyakın sözlərinə görə, Umerov yaxın vaxtlarda Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasında (MDC) vəzifə alacaq və ya prezident Volodimir Zelenskinin müşaviri təyin olunacaq.
Deputat həmçinin Ukraynanın ədliyyə naziri səlahiyyətlərini icra edən Olha Stefanişinanın ABŞ-dəki səfir postuna namizədliyini təsdiqləyib.
Bundan əvvəl bildirilib ki, Vaşinqtondakı səfir vəzifəsinə əsas namizəd məhz Olha Stefanişinadır. Müdafiə naziri Rustem Umerov isə ilkin mərhələdə bu vəzifəyə əsas namizəd hesab olunsa da, indi diqqətini başqa sahələrə yönəldəcək.
Mənbələrin məlumatına görə, Rustem Umerovun səfir olmamasının səbəblərindən biri də onun hazırda Rusiya ilə İstanbul formatı çərçivəsində danışıqlar aparan qrupun rəhbəri kimi fəaliyyət göstərməsidir. Bu missiya çərçivəsində onun Ukrayna daxilində daha vacib funksiyalar yerinə yetirəcəyi gözlənilir.
Türkan İsgəndərli
tag: Ukrayna,Umerov,Ali Rada,ABŞ,Səfir,Todaypress.tv,