Rusiyalı deputat: "Trampın qərarı Rusiya üçün yeni təhdid deyil"
Dünya
02.08.2025 09:15
ABŞ Prezidenti Donald Trampın iki atom sualtı qayığını “müvafiq bölgələrə” göndərmək əmri Rusiya üçün yeni təhlükə hesab edilmir.
TodayPress TV xəbər verir ki, bu barədə Dövlət Dumasının deputatı, ehtiyatda olan general-mayor Leonid İvlev "TASS"a açıqlamasında bildirib.
O deyib ki, ABŞ-nin hərbi-dəniz qüvvələrinin dislokasiyası Rusiya tərəfinə əvvəldən məlumdur və sualtı qayıqların yerləşmə yerləri raket və strateji bombardmançıların uçuş tapşırıqlarına daxil edilib.
İvlevin sözlərinə görə, ABŞ hələ Sovet dövründən başlayaraq müxtəlif bölgələrdə hərbi bazalar, aviadaşıyıcılar və sualtı qayıqlar yerləşdirib və bu obyektlərin döyüş imkanları Rusiya tərəfindən izlənilir. Deputat əlavə edib ki, bu tip təhdidlərə qarşı Rusiya həmişə cavab verməyə hazırdır.
Trampın bəyanatını şərh edən İvlev hesab edir ki, bu addım ABŞ-nin Ukrayna üzrə sülh danışıqlarına dözümsüzlüyünü nümayiş etdirir.
Qiymət Mahir
tag: ABŞ,Ukrayna ,Rusiya,Leonid İvlev,Todaypress.tv,