Netanyahu zəhərləndi

Dünya

20.07.2025 18:30

İsrailin Baş naziri Benyamin Netanyahunun səhhətində yaranan problem səbəbilə hökumətin həftəlik iclasında iştirak etmədiyi bildirilib. Baş nazirin dəftərxanası onun xəstələndiyini və qarşıdakı üç günü evdən işləməklə keçirəcəyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, Netanyahunun gecə saatlarında halı pisləşib və o, evində “Hadassa–Ein Kerem” xəstəxanasının daxili xəstəliklər şöbəsinin rəhbəri doktor Alon Gerşko tərəfindən müayinə olunub.

Həkim Baş nazirdə qida zəhərlənməsi səbəbindən yaranmış bağırsaq iltihabı aşkarlayıb.

Netanyahunun vəziyyəti sabit qiymətləndirilib. Dəftərxanasının açıqlamasında qeyd olunur ki, həkim tövsiyəsinə əsasən Baş nazir qarşıdakı üç günü evdə istirahət edəcək və oradan dövlət işlərini idarə edəcək.

Qiymət Mahir

tag: İsrail,Baş nazir,Zəhərlənmə,Benyamin Netanyahu,Todaypress.tv,