Rusiya XİN Lavrovun İrəvanda müzakirə edəcəyi məsələləri açıqladı - YENİLƏNDİ

Dünya

19.05.2025 16:24

5

Rusiya xarici işlər naziri Sergey Lavrov mayın 20-21-də İrəvana işgüzar səfər edəcək.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Bildirilib ki, Respublika Xarici İşlər Nazirliyinin rəhbərinin İrəvanda erməni həmkarı Ararat Mirzoyan, Baş nazir Nikol Paşinyan və Prezident Vaaqn Xaçaturyanla danışıqları planlaşdırılır.

Danışıqlarda ikitərəfli əməkdaşlığı, Avrasiya İqtisadi İttifaqı çərçivəsində qarşılıqlı fəaliyyət və beynəlxalq platformalarda, ilk növbədə, BMT-də mövqelərin əlaqələndirilməsini müzakirə edəcəklər.

Gündəlikdə həmçinin regional təhlükəsizlik, o cümlədən Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətlərinin normallaşması perspektivləri də var.

***

13:18

Rusiya xarici işlər naziri Sergey Lavrov mayın 21-də Ermənistana rəsmi səfər edəcək.

TodayPress TV xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Mayın 21-də Ermənistan Xarici İşlər Nazirliyində Ermənistan və Rusiya XİN rəhbərlərinin birgə mətbuat konfransı keçiriləcək.

tag: Rusiya,Sergey Lavrov,Ermənistan,Səfər,Todaypress.tv,