Rusiya Ukraynaya atəşkəs təklif etdi

Dünya

02.06.2025 18:59

Rusiya Ukrayna tərəfinə cəbhənin müəyyən hissələrində iki-üç günlük atəşkəs təklif edib.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski məlumat verib.

“Biz komandirlər öz əsgərlərinin cəsədlərini götürə bilsinlər deyə cəbhənin müəyyən ərazilərində iki-üç günlük konkret atəşkəs təklif etdik", - Medinski əlavə edib.

Rusiya prezidentinin köməkçisi əlavə edib ki, bu təşəbbüs hərbi sahədə ixtisaslaşmış mütəxəssislər tərəfindən razılaşdırılacaq. Belə atəşkəsin əsas məqsədi dronların fəaliyyəti dayandırılmaqla, "boz zona" adlandırılan ərazilərdə meyitlərin toplanmasına şərait yaratmaqdır. Mədinski bildirib ki, isti hava şəraiti səbəbindən sanitar vəziyyətin pisləşməsi və epidemiyanın yayılması təhlükəsi var. "Hazırda hava çox istidir. "Boz zona"da sanitar vəziyyətin pisləşməməsi üçün bu, vacibdir. Üstəlik, Rusiya ordusu irəliləyir və həmin ərazilərdə ukraynalı əsgərlərin meyitləri qalır", – deyə o vurğulayıb.

Onun sözlərinə görə, Ukrayna hərbçiləri bu təklifi qısa müddətdə nəzərdən keçirəcəklərinə söz veriblər. "Ümid edirəm ki, bu məsələdə razılıq əldə olunacaq", – deyə Mədinski fikrini tamamlayıb.

Töhfə Səməd

tag: Rusiya,Ukrayna,İstanbul,Müzakirə,Todaypress.tv,