Rusiya-Ukrayna razılığa gələ bilməsə, ABŞ prosesdən çıxacaq
ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens bəyan edib ki, Moskva və Kiyev razılığa gələ bilməsə, ABŞ Ukrayna münaqişəsinin həlli üçün sülh prosesində iştirakını dayandırmağa hazırdır.
TodayPress TV xəbər verir ki, bu barədə o, Romadan Vaşinqtona uçmazdan əvvəl jurnalistlərin suallarını cavablandırarkən danışıb.
"Biz nəticə görmək istəyirik. Və görmək istədiyimiz və sevindiyimiz ilk mühüm nəticə o oldu ki, biz Rusiya və Ukraynanın danışıqlar masasına real sülh təklifi qoymasını istədik" deyə o əlavə edib.
Vitse-prezident vurğulayıb ki, sülh danışıqları bir az dalana dirənib, lakin ABŞ sülhün əldə edilməsində tərəfdaş olmağa hazırdır.
"Biz buna son qoymağa çalışacağıq, amma bacarmasaq, o zaman deyəcəyik ki, cəhd etməyə dəyərdi, amma biz bunu daha etməyəcəyik".
O, Trampla Putin arasında planlaşdırılan telefon danışığını şərh etməkdən imtina edib.
Töhfə Səməd
tag: ABŞ,Ceyms Devid Vens ,Moskva ,Kiyev,Tramp,todaypress.tv,