Rusiya səfiri: "İsveçin Kiyevə dəstəyi münaqişəni uzadır"
Dünya
06.08.2025 14:29
"İsveç hökumətinin Kiyevə göstərdiyi maliyyə və hərbi yardım Ukraynadakı münaqişənin uzanmasına səbəb olur".
TodayPress TV xəbər verir ki, bu fikri Rusiyanın Stokholmdakı səfiri Sergey Belyayev “RİA”ya açıqlamasında bildirib.
Diplomat İsveçin Ukrayna üçün ABŞ silahlarının birgə alınması planına qoşulmasını tənqid edib. Onun sözlərinə görə, bu məqsədlə ayrılmış ümumi 500 milyon dolların təxminən 275 milyon dolları təkcə İsveçin payına düşür.
Belyayev qeyd edib ki, bu cür hərbi xərclər ölkə daxilində sosial proqramların maliyyələşdirilməsinə mənfi təsir göstərir:
“Məsələn, paytaxt regionunda təcili tibbi yardım maşınlarının çatışmazlığı yaşanır. İqtisadiyyat, təhsil və gənclərlə iş sahələrində də problemlər artır”.
Diplomat əlavə edib ki, İsveç münaqişə başlayandan bəri Ukraynaya ümumilikdə 8,6 milyard dollar həcmində hərbi yardım göstərib.
Qiymət Mahir
tag: İsveç,Kiyev,Ukrayna,Sergey Belyayev,Todaypress.tv,