Rusiya qəzada həlak olanların ailələrinə yardım edəcək
Amur vilayətində An-24 tipli təyyarənin qəzaya uğraması nəticəsində həlak olan şəxslərin yaxınlarına maddi yardım göstəriləcək..
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabineti məlumat yayıb.
Məlumata görə, hər bir ailəyə 5 milyon rubl (95000 manat) məbləğində kompensasiya ödəniləcək.
Qəzanın səbəbləri ilə bağlı araşdırma davam edir.
Türkan İsgəndərli