Rusiya ordudan yayınanları vətəndaşlıqdan məhrum edə bilər
Dünya
16.07.2025 17:24
Rusiya Dövlət Dumasına hərbi qeydiyyata düşməkdən yayınan şəxslərin əldə etdikləri Rusiya vətəndaşlığından məhrum edilməsinə dair qanun layihəsi təqdim edilib.
TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, sənəd “Hərbi vəzifə və hərbi xidmət haqqında” və “Rusiya Federasiyası vətəndaşlığı haqqında” qanunlara dəyişiklikləri nəzərdə tutur.
Qanun layihəsinin izahat yazısında bildirilir ki, bu mexanizm 2024-cü ilin avqustunda qəbul edilmiş qanunun tətbiqi üçün zəruridir. Həmin qanuna əsasən, ilkin hərbi qeydiyyata durmaqdan yayınmaq, sonradan əldə edilmiş vətəndaşlığın ləğvi üçün əsas sayılır.
Layihəyə görə, hərbi komissarlıqlar, əsaslandırılmış səbəb olmadan hərbi qeydiyyatdan yayınan şəxslər barədə rəy hazırlayacaq və bu rəy beş iş günü ərzində Daxili İşlər Nazirliyinin müvafiq orqanına göndəriləcək. Nazirlik bu rəyi əsas götürərək həmin şəxsin Rusiya vətəndaşlığından məhrum edilməsi barədə qərar verə bilər.
Qiymət Mahir
tag: Rusiya ,Qanun,Hərbi,Vətəndaşlıq,Todaypress.tv,