Lavrov: "ABŞ-nin İrana zərbəsi təhlükəli eskalasiyanın yeni mərhələsidir"

Dünya

22.06.2025 19:45

Rusiya Xarici İşlər naziri Sergey Lavrov ilə Macarıstanın xarici siyasət idarəsinin rəhbəri Peter Siyarto arasında telefon danışığı baş tutub.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Danışıq zamanı ABŞ-nin İrandakı nüvə obyektlərinə endirdiyi zərbələr və bunun doğurduğu nəticələr müzakirə olunub.

Qeyd olunub ki, telefon danışığı macar tərəfinin təşəbbüsü ilə həyata keçirilib. Danışıq zamanı Lavrov ABŞ-nin suveren bir dövlətin ərazisinə endirdiyi raket-bomba zərbəsinin regional və qlobal təhlükəsizlik üçün ciddi təhdid olduğunu vurğulayıb.

“ABŞ tərəfindən suveren dövlətin ərazisinə edilən bu zərbə, artıq eskalasiyanın təhlükəli yeni mərhələsinə keçidi simvollaşdırır. Bu, qeyri-proqnozlaşdırılan nəticələrə səbəb ola bilər və artıq qlobal nüvə silahlarının yayılmaması rejiminə, həmçinin regional və beynəlxalq təhlükəsizliyə zərər vurub”, - deyə Rusiya XİN başçısı bildirib.

Nazirlər, eyni zamanda, Rusiya-Macarıstan ikitərəfli münasibətlərinin ayrı-ayrı aspektlərini də müzakirə ediblər.

Töhfə Səməd

tag: Rusiya ,XİN,Sergey Lavrov,Macarıstan,Peter Siyarto,ABŞ,todaypress.tv,