Rusiya ilə Hindistan arasında ticarət dövriyyəsi 7 dəfə artdı
Dünya
20.08.2025 23:45
Rusiya və Hindistan son beş ildə ticarət dövriyyəsini təxminən 7 dəfə artırıb.
TodayPress TV xəbər verir ki, bunu Rusiya baş nazirinin birinci müavini Denis Manturov Rusiya-Hindistan əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasında bildirib.
"Daha əvvəl qəbul edilmiş qərarlar sayəsində son beş ildə Rusiya-Hindistan ticarət dövriyyəsi təxminən 7 dəfə artıb. Hindistan əminliklə bizim ən böyük xarici ticarət tərəfdaşlarımızın ilk üçlüyünə daxildir", - o bildirib.
Manturov vurğulayıb ki, ticarət artması ilə yanaşı, məhsulların çeşidi də artıb. Hindistana sabit enerji təchizatı ilə yanaşı, Rusiya ixracı mineral gübrələr, metallar və taxta-şalban sənayesi məhsulları, xam almazlar, enerji avadanlıqları və qida məhsulları da daxil olub.
Aynur TAC
tag: Rusiya, Hindistan, Ticarət,Denis Manturov, todaypress.tv,