Rusiya AZAL-la bağlı iddiaları təkzib etdi
Dünya
04.09.2025 21:30
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) təyyarəsinin qəzaya uğraması ilə bağlı Rusiyanın sığorta vəsaitini ödəməməsi barədə yayılan məlumatlar doğru deyil.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi "Telegram" kanalında məlumat yayıb.
Bəyanatda bildirilir ki, yayılan iddialar reallığa uyğun deyil və əsassızdır. Nazirlik əlavə edib ki, 2025-ci ilin fevralından sığorta ödənişləri həyata keçirilib. Hazırda ödənişlərin ümumi məbləği 358,4 milyon rubl (7 485 760 manat) təşkil edir. Azərbaycan aviaşirkətinə isə təyyarənin tam sığorta dəyəri olan 1,003 milyard rubl (21 000 630) ödənilib.
Qeyd edək ki, 2024-cü il dekabrın 25-də AZAL-a məxsus sərnişin təyyarəsi Bakıdan Qroznıya uçarkən Qazaxıstanın Aktau şəhərində qəza ilə üzləşib. Təyyarədə 62 sərnişin və 5 ekipaj üzvü olub, onlardan 27 sərnişin və 2 ekipaj üzvü sağ qalıb.
Türkan İsgəndərli
tag: AZAL,Rusiya,Azərbaycan,Təzminat,Todaypress.tv,