Rusiya Arktikada maraqlarını qorumağa hazırlaşır
Dünya
11.07.2025 15:04
Rusiya Arktikadakı maraqlarını qətiyyətlə müdafiə edəcək. Kremlin sözçüsü Dmitri Peskov bu bəyanatla çıxış edib.
TodayPress TV xəbər verir ki, Peskov Arktikanın hərbi qarşıdurma yox, əməkdaşlıq məkanı olması gərəkdiyini bildirib:
“Siz bilirsiniz ki, Arktikada döyüşmək olmaz. Arktikada əməkdaşlıq edilməlidir. Lakin bəzi ölkələrin bu bölgəyə olan marağını və fəallaşmasını nəzərə alaraq, Rusiya öz maraqlarını qətiyyətlə qorumaq niyyətindədir”.
Fransa Müdafiə Nazirliyi 10 iyulda Arktikaya dair yeni müdafiə strategiyasını açıqlayıb. Sənəddə vurğulanır ki, bu strategiya Arktikanın Avro-Atlantik təhlükəsizlik üçün əhəmiyyətini artırır, həmçinin bölgədə rəqabəti, militarizasiyanı və həyati resursların təhlükəsizliyini gündəmə gətirir.
Qiymət Mahir
tag: Rusiya,Arktika,Dmitri Peskov,Fransa,Todaypress.tv,