Çində zavodda baş verən partlayışla mübarizəyə 232 xilasedici cəlb edilib

Dünya

27.05.2025 13:50

6

Çinin Şandunq əyalətindəki kimya zavodunda baş vermiş partlayışın  nəticələrinin aradan qaldırılması üçün 232 xilasedici və 55 texnika cəlb olunub.   

TodayPress TV xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. 

Çinin fövqəladə halların idarə edilməsi naziri Van Syanxi hadisə ilə bağlı məlumat aldıqdan sonra hərəkətə keçərək yanğının tez bir zamanda söndürməsi, araşdırma və axtarış-xilasetmə işlərinin aparılması, yaralıların müalicəsi üçün tibb mütəxəssislərinin cəlb edilməsi üçün peşəkar qüvvələrin cəlb edilməsi ilə bağlı göstəriş verib. 

Hazırda qurbanların sayı barədə məlumat yoxdur. 

Qeyd edək ki, mayın 27-də səhər saatlarında Şandunq əyalətinin Qaomi şəhərindəki zavodda partlayış baş verib.   

Nicat Osman

tag: Çin,Partlayış,Zavod,Hadisə,Todaypress.tv,